Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-10-2026 , 11:00

151

Son xəbərlər

Bütün xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir

Vətəndaş məmnunluğunun artırılması, ədliyyə orqanlarına əlçatanlığın təmin olunması, regionlarda yaşayan vətəndaşların müraciətlərinə operativ və yerində baxılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən mütəmadi olaraq videoqəbullar təşkil edilir.
Sentyabr ayı ərzində Nazirliyin Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi və regional ədliyyə idarələrinin təşkilatçılığı ilə Nazirliyin Notariat, qeydiyyat və reyestr baş idarəsi, Tibb baş idarəsi, Cəzaların icrasına nəzarət baş idarəsi, Bələdiyyələrlə iş baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi, İnsan resursları idarəsi və İcra xidmətinin rəhbərliyi tərəfindən Xaçmaz, Şəki, Şirvan, Gəncə, Şəmkir, Bərdə, Lənkəran, Göyçay, İmişli, Sumqayıt regional ədliyyə idarələri və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə həmin qurumların yurisdiksiyalarına daxil olan rayonların sakinləri üçün videoqəbullar keçirilib.
Videoqəbullarda Nazirliyin fəaliyyət istiqamətləri üzrə 83 vətəndaşın müraciəti dinlənilib, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah olunub və qəbul zamanı təqdim edilmiş müraciətlər zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Regionlarda yaşayan vətəndaşlar videoqəbullarda iştirak etmək üçün qebul@justice.gov.az elektron poçt ünvanına və ya Nazirliyin regional ədliyyə idarələrinə müraciət etməklə qəbula yazıla bilərlər.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

E-Bələdiyyə tətbiqi istifadəyə verildi

Gündəlik Xəbərlər
06-10-2026
727

Siyasi rəhbərin ilk addımı


Gündəlik Xəbərlər
02-10-2026
518

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026
351

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
914